Trend BİA - 25 il: Kağız bülletenlərdən rəqəmsal platformaya




Bu gün, sentyabrın 1-də Trend müstəqil Beynəlxalq İnformasiya Agentliyi (BİA) 25 illik yubileyini qeyd edir. Trend BİA bu illər ərzində dövlət və xalq qarşısında öz məsuliyyətini başa düşən jurnalistləri sıralarında birləşdirir. Əsrin dörddə biri müddəti qədər fəaliyyətində Trend regional media məkanının lideri oldu. Kiçik özəl agentlik müştərilərinə kağız bülletenlərin çatdırılmasından dünyadakı analoqlarından geri qalmayan, bir çox dünya mediasının həsəd apara biləcəyi öz rəqəmsal platformasına sıçrayış edib.

Trend BİA-nın nailiyyətlərindən biri də İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabət səviyyəsində işləməsidir. 2010-cu ildə "Moody's International" Trend-in beynəlxalq səviyyəli idarəçiliyi olan şirkət qismində statusunu təsdiq etdikdən sonra agentlik nüfuzlu məlumat bazalarına çıxış əldə etdi və bunun nəticəsi olaraq bu gün agentliyin yüzlərlə xəbəri transmilli mediada təkrar dərc olunur.

Trend BİA-nın uğurları sırasında keyfiyyətli məzmunu, etibarlı məlumat mənbəyi kimi nüfuzunu, agentliyin fəaliyyətinin rəqəmsallaşdırılmasını vurğulamaq lazımdır.

Bunun qanunauyğun nəticəsi Trend-in Avropa səviyyəsində tanınması olub: 25 illiyində Trend BİA Avropanın ən nüfuzlu media resursları reytinqində (Top 10 European News Websites To Follow in 2020) "EU Reporter" və "Euractiv" kimi Avropa nəhənglərini qabaqlayaraq üçüncü yerdə qərarlaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu