Putin Belarusda keçirilən seçkinin nəticəsini keçərli saydığını elan etdi
"Belarusda prezident seçkilərini baş tutmuş sayıram”.
Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə Vladimir Putin "Rossiya-1” telekanalının efirində çıxış edib. Dövlət başçısı deyib ki, plebisitdən üç həftə sonra Rusiya "hesab edir ki, Belarusda seçki baş tutub".
Belarus MSK 9 avqust tarixindəki səsvermədən sonra Aleksandr Lukaşenkonun qalib gəldiyini elan edib. Rəsmi rəqəmlərə görə, o, 80 faiz, hazırkı prezidentlə mübarizə aparan müxalifətçi Svetlana Tixanovskaya 10% səs qazanıb. Digər üç namizəd statistik səviyyədən bir qədər yuxarıdır.
Seçicilər belə bir nəticəni tanımayıblar, Belarusda kütləvi etirazlar başlayıb. İlk günlərdə dinc nümayişlər dağıdılıb, çevik polis və digər xüsusi təyinatlılar xüsusi amansızlıq göstərib. Yalnız yaralananlar deyil, öldürülənlər də olub.
Tixanovskaya dünən Euronews-a verdiyi müsahibəsində bildirib ki, tərəfdarları rejimlə danışıqlarda beynəlxalq vasitəçilik istəyirlərsə, o, Rusiyanı da bu prosesin iştirakçılarından biri kimi görür.
Bundan əvvəl prezident Putin Lukaşenkonun istəyi ilə ehtiyat güc qüvvələri yaratdığını bildirib. Onun sözlərinə görə, Belarusda vəziyyət nəzarətdən çıxarsa, Rusiya təhlükəsizlik qüvvələri Belarusa göndərilə bilər.