Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib




Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 25-də növbəti videoqəbul keçirərək, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.



Komitə sədrinin videoqəbulu dörd saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq və digər məsələlərlə əlaqədar olub.
Qeyd edək ki, (012) 525-41-03 və ya (055) 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazılmaq olar. Bu zaman vətəndaş özü haqqında məlumat, əlaqə üçün telefon nömrəsi verməli və hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməlidir. Videoqəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu