Ramiz Mehdiyevlə bağlı xəbər təkzib olundu
Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb.
Qaynarinfo-nun məlumatına görə, AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin açıqlamasında bu barədə deyilir.
Açıqlamada qeyd edilir: "Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.
Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir".