Bu şəxsləri tanıyanlar DGK-ya məlumat versin - VİDEO+FOTOLAR




Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir. Gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.



DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AFN-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar. Həmin şəxsləri tanıyanların Dövlət Gömrük Komitəsinə məxsus aşağıdakı telefon nömrələrinə zəng edərək məlumat vermələrini xahiş edirik.

012-404-22-00 daxili (55-44)

Mob: 070-225-45-44








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu