Tovuzda ermənilər 76 yaşlı mülki şəxsi öldürüb
14 iyul, 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
Musavat.com xəbər verir ki, bu, Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü (76 yaş) Əzizov Əziz İzzət oğludur.
Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.
Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Nəticədə mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış evlərinin infrastrukturuna ciddi ziyan dəyib.
Beynəlxalq ictimaiyyət, ATƏT MQ həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi şəkildə qınamalıdırlar.