“Kərəm Yabuqov hazırda süni tənəffüs cihazına qoşulub”
Bakı Sağlamlıq Mərkəzi COVİD-19 infeksiyasına yoluxmuş Kliniki Tibbi Mərkəzin reanimatoloqu Dr. Kərəm Yabuqovun səhhəti ilə bağlı məlumat yayıb.
Məlumata əsasən, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.
Ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub. Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir.