Ermənilər itkilərini etiraf etməyə başladılar




Azərbaycan Silahlı Qüvvələri tərəfindən atılan cavab tədbirləri nəticəsində işğalçı Ermənistan ordusunun verdiyi itkilər açqılanmağa başlayıb.



Bu barədə "news.am" saytı məlumat yayıb.

Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan Azərbaycan tərəfinin açdığı atəş nəticəsində üç hərbçinin yaralanmasını təsdiqləyib.

O, bildirib ki, hərbçilər Berd şəhərindəki hospitala yerləşdiriliblər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərərkən böyük itki verib. Bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri yazıblar.

Belə ki, bu gün qeydə alınan toqquşma zamanı erməni tərəfinin 30 əsgərini itirməsi bildirilir.

Ermənistanın Müdafiə Nazirliyi itkilərin olması barədə məlumatı gizlətsə də, yerli əhali bu barədə sosial şəbəkədə yazmağa başlayıb.//BAKU.WS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu