Koronavirusa yoluxmuş sabiq deputatı Bakıdan Türkiyəyə apardılar




"Hazırda müalicələrim davam edir. Ümid edirəm ki, tezliklə sağalacağam".

AFN xəbər verir ki, bu fikirləri modern.az-a sabiq deputat Mirzəcan Xəlilov deyib.

Sabiq deputat koronavirus xəstəliyini ağır keçirdiyini də bildirib:

"Xəstəliyi bir qədər ağır keçirirəm. Koronavirus xəstəliyi aşkarlananda Tibb Universitetinin klinikasına yerləşdirilmişdim. Ancaq səhhətimdə irəliləyiş olmadığından Türkiyəyə aparılmağı məsləhət gördülər. Hələlik burada müalicə alıram".

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu