Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb
Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda baş verən yanğının qarşısı alınıb və məhdudlaşdırılıb.
AFN xəbər verir ki, yanğının genişmiqyaslı olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd əhalisinin köməkliyi ilə qısa zamanda yanğın məhdudlaşdırılmasına nail olublar.