Bakının bu rayonunda qəza səbəbindən suyun verilməsi dayandırılıb




Bakı şəhəri Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.



“Azərsu” ASC-dən AFN-ə verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 6 iyul 2020-ci il tarixində Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu