Azərbaycanda fahişəliyə cəlb etməklə bağlı 39 fakt - RƏQƏMLƏR




2019-cu ildə Azərbaycanda 39 fahişəliyə cəlb etmə halı qeydə alınıb.

AFN “oxu.az”a istinadən xəbər verir ki, bu rəqəm 2018-ci illə müqayisədə azdır.

Belə ki, 2018-ci ildə 60 fahişəliyə cəlb etmə faktı aşkarlanıb.

Yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi halları da azalıb. 2018-ci ildə beş, 2019-cu ildə isə bir belə hal qeydə alınıb.

Ötən il əxlaqsızlıq yuvaları saxlamaqla bağlı 14 hal aşkarlanıb. 2018-ci ildə isə bu rəqəm 24 olub.

2018-ci ildə seksual xarakterli hərəkətlərə məcbur etmə cinayəti ilə bağlı dörd, 2019-cu ildə isə beş fakt qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu