Səhiyyə Nazirliyi TƏBİB-ə hansı köməyi edəcək?
103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün dövlətin bir səhiyyə qurumunun digərinə yardım etməsini tapşırıb: “Bu tapşırıq müvəqqəti xarakter daşıyır. Pandemiya dövründə bəzi polikliniklara metodiki tövsiyələr Səhiyyə Nazirliyi tərəfindən veriləcək və dövlətin səhiyyə qurumları bu yayılan virusun qarşısının alınması üçün birlikdə çalışacaq”.