Abşeron yarımadası az qala ölkə əhalisinin 40 faizinə ev sahibliyi edir - EKSPERT




Həm rayonda, həm də Bakıda şəxsi mənzili olanları paytxatdan buraxmamaq yanlış qərardı.



AFN xəbər verir ki, bu haqda iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Onun sözlərinə görə, sərtləşdirilmiş karantinin daha çox olub-olmayacağı sual altındadır və bu səbəbdən də insanların paytaxtdan kənara çıxmasına şərait yaradılmalıdır: "Bəlkə sərtləşdirilmiş karantin sentyabra qədər uzanacaq?
Ölkənin coğrafi baxımdan təxmnən 5%-ni təşkil edən Abşeron yarımadası əhalinin az qala 40%-nə ev sahibliyi edir. İmkan vermək lazımdır bir az boşalsın.
Xüsusən tələbə-şagird övladları olan insanların imtahanlar bitdikdən sonra ən azı 2 aylıq tətili əyalətlərində keçirmələrinə şərait yaratmaq lazımdır.
Hətta lazımdırsa, bunun üçün də elektron qeydiyyat sistemi qurulsun, Bakını tərk edən insanlar elektron icazə aldığı gündən ən azı 30 gün müddətində geri qayıtmayacağına razı olmaq şərtilə elektron portalda qeydiyyata düşübsə, niyə Bakıdan buraxılmasınlar?"

Ekspert qeyd edib ki, Bakıdan regionlara çıxışda insanların tempraturu da yoxlana bilər: "Necə ki, buraxılış imatahanlarında 37 dərəcədən yuxarı istiliyi olan insanlar imatahana buraxılmır, Bakıdan da kənara buraxılmasın".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu