SMS-icazənin tətbiqinə başlanır
İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib. O bildirib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər. Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları bağlanır, muzey və sərgi salonları bağlanır. Açıq havada idman oyunları qadağan edilir.