AQTA XƏBƏRDARLIQ ETDİ: Hisə verilmiş balıq alarkən ehtiyatlı olun - FOTO




Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Gəncədə qanunsuz hisə verilmiş balıq istehsalı ilə məşğul olan sex aşkarlanıb.



Aparılan yoxlamalar zamanı Zeynal Xəlilov küçəsi ev 1 ünvanında yaşayan Salmanov Fuad Cəmil oğlu şəxsi məhləsində balıq məhsullarının hisə verilməsi və satışını təmin edib.

Reyd göstərib ki, sexin fəaliyyəti heç bir gigiyenik tələblərə cavab vermir. Mənzərə olduqca tükürpədici və təhlükəlidir.

Yay mövsümündə xüsusi tələb olunan bu qida rasionunun belə vəziyyətdə hazırlanması və sonradan satışa buraxılması yayıla biləcək müxtəlif xəstəliklərin əsas mənbəyidir. Yoxlamalar zamanı satış üçün hazır olan 120 kq, həmçinin hisə verilməyən natəmiz qablarda saxlanılan 80 kq məhsul dövriyyədən çıxarılıb. Sexin fəaliyyəti isə ümumiyyətlə dayandırılıb.

AQTA növbəti dəfə xəbərdarlıq edir. Bu cür nöqsanlara yol verən sex və ya müəssisə rəhbərləri barədə qanunvericilik çərçivəsində ciddi tədbirlər görüləcək. Əhaliyə isə mənşəyi məlum olmayan yerlərdən bu cür qida məhsullarının alışı məsləhət görülmür.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu