“Vəziyyət kritikdir, koronavirusla bağlı ayrılmış çarpayılar dolmaq üzrədir” - Paşinyan




Ermənistanın Baş Naziri Nikol Paşinyan respublikanın xəstəxanalarında vəziyyətin gərgin olduğunu açıqlayıb.

AFN APA-ya istinadən xəbər verir ki, N. Paşinyan xəstəxanalarda koronavirus xəstələri üçün ayrılan çarpayıların dolmaq üzrə olduğunu bildirib:

“Vəziyyət kritikdir. Koronavirus xəstələri üçün ayrılan 1857 çarpayıdan 1551-i tutulub, 236 reanimasiya çarpayısından 204-ü məşğuldur”.

N.Paşinyan qeyd edib ki, yoluxmaların yüksək olması ölkə vətəndaşlarının epidemioloji qaydalara ciddi riayət etmədiyinə dəlalət edir:

“Vəziyyət pisləşəcəyi təqdirdə, kütləvi məhdudlaşdırmalara gedilməsi istisna deyil. Bu, bizim iqtisadiyyatımıza güclü zərbə vuracaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu