Prezident Baş Nazirin müavinini təltif etdi
Şahin Abdulla oğlu Mustafayev “Şöhrət” ordeni ilə təltif edilib.
AFN-in məlumatına görə, Prezident İlham Əliyev iyunun 12-də bununla bağlı sərəncam imzalayıb.
Baş Nazirin müavini Azərbaycan Respublikasının iqtisadi inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, Ş.Mustafayevin sabah 55 yaşı tamam olur.