Azərbaycanda COVID-19-dan ən çox bu tarixdə yoluxma olub - RƏSMİ
Azərbaycanda koronavirus infeksiyasından ən çox yoluxma halı 6 iyun tarixində baş verib.
Bu barədə AFN-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.
Bildirilib ki, ölkədə COVID-19 virusundan ən çox yoluxma sayı 379 nəfər təşkil edib.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanlar arasında daha çox 50-60 yaş arasında olan şəxslərdir. 0-9 yaş arası və 80 yaşdan yuxarı şəxslərdən də koronavirusa yoluxanlar var. Yoluxanlar arasında qadınların sayı kişilərə nisbətən üstünlük təşkil edir.