Braziliyada COVID-19-dan ölənlərin sayı 31 mini ötdü




Braziliyada son bir gün ərzində COVID-19-dan ölənlərin sayı rekord həddə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, son 24 saatda 1 262 nəfər pandemiyanın qurbanı olub. Bununla da koronavirus qurbanlarının sayı 31 199 nəfərə çatıb.

Son məlumatlara görə, ölkədə COVID-19-a 555 383 yoluxma təsdiq edilib. Son bir gün ərzində virusa daha 28 936 yeni yoluxma aşkarlanıb.

Bildirilir ki, pandemiya ərzində ölkədə virusa yoluxmuş 223 mindən çox insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu