Ukraynada daha 6 nəfər pandemiyanın qurbanı oldu




b]Ukraynada daha 259 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 21 245-ə çatıb.[/b]

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 6 nəfər artaraq 623-yə yüksəlib.

İndiyədək Ukraynada 7,2 mindən çox xəstəkoronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu