Gələn ay Naxçıvana aviareyslər bərpa oluna bilər




"İyunun 1-dən karantin rejiminin uzadılıb-uzadılmaması məsələsində epidemioloji vəziyyətdən asılı olaraq qərar veriləcək".

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aviareyslərin bərpası ilə bağlı xüsusi meyarlar nəzərə alınacaq: “Qonşu ölkələrdəki vəziyyət təhlil olunacaq. Ola bilsin ki, iyunun 15-dən bəzi ölkələr üzrə gediş-gəliş bərpa olunsun. İlk növbədə Naxçıvana uçuşun açılması gözlənilir. İyun ayı ərzində kütləvi tədbirlərin bərpa olunması gözlənilmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu