Bakıda avtomobilin vurduğu şəxs evdə öldü




Bakıda yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə mayın 18-də, saat 15 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəşad Şıxəliyev idarə etdiyi BMV markalı avtomobillə hərəkətdə olan zaman piyada keçidinin üzərində yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Zahid Məmmədovu vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, oradan isə digər hospitala köçürülüb. Daha sonra xəstə evə buraxılıb. Z.Məmmədov mayın 21-də yaşadığı mənzildə vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu