Hərbi ekspert güc strukturlarına səsləndi: "Sahil Babayevi durdurun!"




"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babyevlə Milli Məclisin sabiq komitə sədri Hadı Rəcəblinin hoqqabazlığıdır ki, bu gün ailə başçısını itirmiş yüzlərlə zabit, gizir və maxe ailəsi faktiki taleyin ümidinə buraxılıb, heç bir pensiya və ya müavinat alımırlar".



AFN xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib. O, xatırladıb ki, bir müddət əvvəl də bu məsələni ictimailəşdirib və həmin vaxt hətta rəsmi şəxslər təəccübləniblər: "Həmin ailələrdən tələb olunur ki, siz mütləq "əlil olmalısınız", onda sizin ailə başçısını itirməyə görə pensiya və ya təqaüdlərdən müəyyən faizindən yararlanmağa haqqınız çata bilər. İndi də bu cavan oğlan guya humanistlik göstərərək bizə maksimum 420 manat "qan pulu"tapıb və onu da belə bölüşdürüb: ailədə 3 nəfər varsa, hərəsinə 140 manat. Bu şəxsdən soruşun görün ölkədə minimal ərzaq zənbilinin qiyməti nə qədərdir və o nəyi humanist addım kimi təqdim edir? 140 manata görəsən onun özü (S.Babayev nəzərdə tutulur-red.) və ya ailəsi indiki zamanda 1 ay normal yaşaya bilərmi? Ölkə başçısı bu adamı bir az da vəzifədə saxlasa, vallah Azərbaycanda bu şəxs böyük bir narazı kütlə formalaşdıracaq. Bunun ətrafında olan saysız-hesabsız dost-tanışı da başa sala bilmir ki, yanlış yoldasan. Camaatın əsəbləri ilə oynama. Ona görə də, birinci növbədə güc strukturlarının rəhbər, səlahiyyət sahibi olan şəxslərinə səslənirəm. İmkan verməyin bu variant təsdiq olsun. Əvvəlki qayda necəydisə, elə də qalmalıdır. Yəni, ailənin başçısı həyatını bu və ya digər səbəbdən itirirsə, onun aldığı pensiya və ya təqaüd ailəsinə tam da olmasa, 80 faiz civarında ödənməlidir. Gözümün qarşısına pulsuz-parasız qalmış onlarla şəxsən tanıdığım mərhum zabit dostlarımın ailə və uşaqları gəlir. Əsgəri xidmətini belə Bakı qeydiyatında ola-ola Bakıda keçirən Sahil Babayev haradan və nədən bilsin ki, hərbçi ailələrini köməksiz qoyduğuna görə hər gün lənətlənir".

Ü.Cəfərov bildirib ki, bu səhv Sahil Babayev tərəfindən aradan qaldırılmasa, bütün məsuliyyət birinci növbədə ƏƏSMN-nin rəhbər şəxslərinin, həmçinin güc strukturlarının rəhbər şəxslərinin üzərində qalacaq: "Nə qədər gec deyil, bu özbaşınalığı və ölkənin müdafiəsinə və təhlükəsizliyinə zərbə vuran müddəanı aradan qaldırın! Siz sadəcə odla oynayırsınız. Bunu lap yuxarılar artıq bilir deyə, siz vəziyyətdən bu şəkildə çıxmaq istəyirsiniz. Amma bu variant da çox təhlükəlidir. Oturun və düşünün. Dostluğumda olan bütün xidmətdə olan və olmayan hərbçilərdən də maksimum xahiş edirəm ki, bu məsələdə prinsipial və tələbkar olun. Bu, yüz minlərlə güc strukturlarında xidmətdə olan və ehtiyatda, istefada olan insanlarımızın mənafeyinə toxunan məsələdir. Haqqımızı Sahil Babayev kimi təsadüfi vəzifə adamlarınaa buraxmayaq. Onun sonu çox ağır və məşəqqətli olacaq. Bunu sizə mən deyirəm!"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu