13 saylı CÇM-in məhbusları Covid-19-a necə yoluxub? - Professor
"13 saylı Cəzaçəkmə Müəssisəinin 33 məhkumunun koronavirusa yoluxmasının səbəbi tövsiyyələrə əməl edilməməsi olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, dustaqlar gəzintiyə çıxarılanda məsafə gözləməyiblər:
"Onlar gəzinti zamanı bir-biri ilə təmasda olurlar. Həmin vaxtı maska taxmayıblar, sosial məsafə gözləməyiblər. Hər halda bunlar karantin qaydalarına əməl etməyiblər. Buna ciddi riayət etmək lazımdır”.
Adil Qeybulla qeyd edib ki, testləri pozitiv çıxan 33 nəfər məhkumun müalicəsi üçün xəstəxanaların birində şöbə ayrılmalıdır:
"Əsas odur ki, onların müalicə olunduğu məkanda mühafizəsi təşkil olunsun”.
Qeyd edək ki, 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında COVID-19-un müayinələri aparılıb. Müayinə zamanı 33 məhkumda koronavirus aşkarlanıb.