Bu gün Bakının 4 rayonunda pensiyalar ödəniləcək




Bu gün Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AFN-ə verilən məlumata görə, yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.

Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.

Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu