Bakıda ictimai nəqliyyatla bağlı məhdudiyyətlər tətbiq edilə bilər
"Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda məhdudiyyətlərin tətbiqi ilə bağlı bütün məsələləri nəzərdən keçirir".
“Report” xəbər verir ki, bunu BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn dərs və videokonfrans tətbiqi olan "Zoom" vasitəsilə təşkil etdiyi mətbuat konfransında deyib.
"Agentlik fəaliyyət planları işləyib hazırlayıb və Operativ Qərargaha təqdim edib. Onlar tərəfindən verilən qərara uyğun olaraq, o planlar həyata keçiriləcək", - M.Ağayev qeyd edib.