İcazə SMS-i alan bu şəxslərin evdən çıxması karantin rejiminin pozulması sayılacaq - RƏSMİ
"Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədədir".
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
O qeyd edib ki, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət də qüvvədədir: "Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslər icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır. Eyni zamanda fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq".//APA