“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin işçisi piyadanı vurub öldürüb
Azərbaycanda “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sürücüsü piyadanı vuraraq öldürüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 20-i saat 21 radələrində Kürdəmir rayonunun Köhünlü kəndi yaxınlığında baş verib.
Rayonun Mürtüllü kənd sakini, 1963-cü il təvəllüdlü Sahib Omarov idarə etdiyi “QAZ-53A” markalı 33 AC 046 nömrəli yük maşını ilə solu keçən piyada, Ağsu sakini 1985-ci il təvəllüdlü Tahir Şıxıyevi vurub. T.Şıxıyev hadisə yerində ölüb.
S.Omarov Kürdəmir rayon Suvarma Sistemləri İdarəsində sürücü işləyir.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.