Bakıda qadına qarşı soyğunçuluq edildi
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Martın 17-si saat 22:15 radələrində Nizami rayon ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs 1975-ci il təvəllüdlü T.Gərayovanın əlindən içərisində 104 manat, mobil telefon qulaqcıq və şəxsiyyət vəsiqəsi olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Şaiq Həsənov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri davam etdirilir.//report.az