Mikrofonun açıq olduğunu bilmədi, bu sualı verdi... - Video




Ötən gün Moskvada Rusiya və Türkiyə Prezidentlərinin İdlibdə atəşkəs elan olunması ilə bağlı qərarından sonra toplantıya damğa vuran an yaşanıb.

“Qafqazinfo”nun “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovla söhbət edən Rəcəb Tayyib Ərdoğan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunu yanına çağırıb. Bu zaman mikrofonun açıq olduğunun fərqinə varmayan Türkiyə Prezidenti “Əsəd ilə danışdınızmı?” deyə soruşub. O an isə kamerlara yansıyıb.

Xatırladaq ki, fevralın 27-də Suriya Prezidenti Bəşər Əsəd rejiminin Türkiyə Silahlı Qüvvələrinin mövqeyinə hava hücumu nəticəsində 33 əsgərin ölümü ilə başlayan gərginlik dünən axşam imzalanan atəşkəslə başa çatıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu