Bakıda səfirin iş otağından 35 min ABŞ dolları oğurlandı - YENİLƏNİB
Bakıda iş otağından oğurluq edilən şəxs səfirdir.
Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelanayın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
*** 09:31
Bakıda oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə martın 3-də, Yasamal rayon H.Cavid küçəsində yerləşən inzibati binada qeydə alınıb.
Belə ki, naməlum şəxs və ya şəxslər Spelanay Xeyrullahın iş stolunun siyirməsindən 35 255 ABŞ dolları (59 933 manat) oğurlayıblar.
Daha sonra Spelanay Xeyrullah hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.