Bakıda şadlıq sarayında 3 qardaş bıçaqlandı - TƏFƏRRÜATLAR




Bakıda şadlıq evinin qarşısında 3 qardaş bıçaqlanıb.

AFN APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Tərlan" şadlıq sarayının qarşısında baş verib.

Hadisə nəticəsində şəhər sakinləri - 1995-ci il təvəllüdlü Röyal Abışov, qardaşları 1995-ci il təvəllüdü İmaməli Abışov, 1989-cu il təvəllüdlü Ramin Abışov müxtəlif növ bıçaq xəsarətləri alıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mahmudov saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu