120 saylı Cəbrayıl-Qubadlı dairəsinin nəticələri ləğv edilsin!- Namizədlərdən bəyanat




120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədlər MSK-ya müraciət ünvanlayıblar. Narazılar 78 seçki məntəqə üzrə müxtəlis qanun pozuntularının olduğunu, seçkinin nəticələrinin saxtalaşdırıldığını əsas gətirədək sözügedən dairədə seçkinin nəticələrinin ləğvini tələb edirlər.



Unikal.org narazı deputatlığa namizədlərin müraciətini təqdim edir:

“Hörmətli komissiya üzvləri, biz adları qeyd olunan deputatlığa namizədlər aşağıda qeyd olunan səbəblərə görə 9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərin 120 saylı Cəbrayıl-Qubadlı dairəsi üzrə nəticələrinin ləğv edilməsinə və seçkilərin yenidən keçirilməsinə qərar verməyinizi xahiş edirik:

- Dairə üzrə əhəmiyyətli sayda seçicilər faktiki yaşadığı ünvanlara yaxın seçki məntəqələrində siyahıya alınmadığından onlar səsvermə hüquqlarını reallaşdıra bilməyiblər.

- Dairə üzrə seçicilərin yalnız az bir hissəsinə seçki ilə bağlı bildirişlər təqdim edilmişdir. Seçki bildirişləri almayan seçicilər seçki zamanı hansı məntəqədə səs verəcəyi ilə bağlı informasiyasız qalıblar.

- Seçki günü qanunvericiliyə zidd olaraq seçki məntəqələrinin yerləşdiyi binalarda və yaxın ərazidə namizədlərdən birinin xeyrinə təbliğat prosesi aparılmış, seçicilərin öz iradələrinə uyğun seçim hüququnu müstəqil şəkildə həyata keçirmələrinə əngəl törədilmişdir.

- Seçki günü MnSK üzvləri tərəfindən əvvəlcədən müəyyən edilmiş məhdud sayda seçici seçki günü zəng edilərək səsverməyə çağırılmışdır.

- Seçki günü məntəqə ərazisində müşahidəçi və MnSK üzvü olmayan müxtəlif şəxslər müşahidəçilərin işinə mane olmuş, onlara fiziki və psixoloji təzyiq göstərmişdir. Həmin şəxslər MnSK üzvləri tərəfindən məntəqələrdən kənarlaşdırılmamışdır, onların müşahidəçilərə qarşı təzyiqlər həyata keçirmələrinə şərait yaradılmışdır.

- Seçki günü bir sıra MnSK üzvləri və onların məntəqəyə daxil olmasına şərait yaratdığı şəxslər tərəfindən topa-topa bülletenlər seçki qutularına atılmışdır.

- Seçki günü 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin seçiciləri olmayan şəxslərin qanunsuz olaraq səs verməsinə şərait yaradılmışdır.

- Səslərin sayılması zamanı ümumi qəbul edilmiş qaydaların əksinə olaraq müşahidəçilərin prosesi izləməsinə maneələr törədilmişdir.

- Yekun protokolda qeyd olunan bülleten sayları müşahidəçilərin qeydə aldığı saylardan əhəmiyyətli dərəcədə fərqlənmişdir.

- Bir çox məntəqələrdə büdcə təşkilatlarında çalışan şəxslərdən təşkil olunmuş qruplar tərəfindən müxtəlif məntəqələrdə bir neçə dəfə səsvermə həyata keçirilib.

Namizədlər:

1. Piriyev Şaiq Sədi oğlu
2. Abbasov Əhliman Yaşasif oglu
3. Əhmədov Nail Əli oğlu
4. Həmzəyev Yaqub İbə oğlu
5. İsmayılov Mahmud Uğurlu oğlu
6. Mehdiyev Sərvər Abasqulu oğlu
7. Vəliyev Taryel Fazil oğlu
8. Maqsudov Qafqaz Səfər oğlu
9. Məmmədov Zaur Əhməd oğlu
10. Məmmədov Sarı Atlıxan oğlu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu