Öz evində tanışını güllələyib öldürdü - MİNGƏÇEVİRDƏ QƏTL




Mingəçevirdə qətl törətməkdə təqsirli bilinən Ənvər Umudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində baş verib. Orada yaşayan Ənvər Umudov evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirib.

Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb.//"Ölkə.Az"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu