MSK sədri: "Sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq"




Milli Məclisə seçkilərlə bağlı sosial şəbəkələrdəki bütün görüntülər ciddi araşdırılacaq.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirilən mətbuat konfransında bildirib.

M.Pənahov deyib ki, kimin əlində görüntü varsa, MSK-ya təqdim etsin: “Hətta həmin videogörüntülərin surətini çıxarıb, qaytara bilərik. Parlament seçkiləri ilə bağlı araşdırma daha ciddi olacaq. Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinə kölgə salsın. MSK və aşağı seçki dairələri ictimaiyyətin tələblərinə cavab verməlidir. Ona görə də hər bir vətəndaş əlində olan bütün faktları MSK-nın aidiyyəti orqanlarına çatdırmalıdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu