Azərbaycanda rabitə sahəsindəki tariflər - QİYMƏT CƏDVƏLİ
Azərbaycanda əksər sahələrdə olduğu kimi, rabitə sahəsində də qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir.
AFN xəbər verir ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılmış, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilib.
Sstasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsindədir.
Ölkə üzrə rabitə sahəsindəki tarifləri təqdim edirik:
№
Rabitə xidmətlərinin adı
Ölçü vahidi
Tariflər
(ƏDV ilə)
I
II
III
IV
1.
Sabit şəbəkə telefonlarından istifadə (aylıq abunə)
1.1.
Əhali
manat/ay
2,5
1.2.
Qeyri-əhali
manat/ay
7,0
2.
Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətləri1
qəpik/dəqiqə
32,0
3.
Sabit şəbəkə operatorlarının şəhərlərarası telefon rabitəsi xidmətləri2
qəpik/dəqiqə
5,0
4.
Sabit şəbəkə operatorlarının telefon çəkilişi xidməti3
manat
30,0
5.
Şəbəkəyə qoşulan hər bir faks aparatından istifadə
qəpik/ay
50,0
6.
Taksofonlardan həyata keçirilən telefon danışıqları
6.1.
şəhərdaxili
qəpik/dəqiqə
2,0
6.2.
şəhərlərarası
qəpik/dəqiqə
5,0
6.3.
beynəlxalq
qəpik/dəqiqə
32,0
7.
Şəhərlərarası və beynəlxalq telefon danışıqları üçün “107” sifariş xidməti
7.1.
kənd yerləri üçün
qəpik
5,0
7.2.
şəhər və rayon mərkəzləri üçün
qəpik
10,0
8.
Rəqəmli rabitə kanalından (portundan) istifadə4
8.1.
32 kb/s
manat/ay
4,0
8.2.
128 kb/s
manat/ay
9,0
8.3.
256 kb/s
manat/ay
14,0
8.4.
512 kb/s
manat/ay
20,0
8.5.
1 mb/s
manat/ay
30,0
8.6.
2 mb/s
manat/ay
50,0
8.7.
10 mb/s
manat/ay
250,0
8.8.
100 mb/s
manat/ay
400,0
1 Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək 2-ci bənd ilə müəyyən olunmuş tarifə 0,75 əmsalı tətbiq edilsin.
2 Şənbə, bazar və bayram günləri bütün sutka ərzində, digər günlərdə isə saat 00:00-dan 08:00-dək 3-cü bənd ilə müəyyən olunmuş tarifə 0,8 əmsalı tətbiq edilsin.
3 4-cü bənd ilə müəyyən edilmiş tarifə 100 metr məsafəyədək şəbəkəyə qoşulmaq üçün bütün xərclər daxildir.
4 Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən sabit şəbəkə operatorları tərəfindən ölkə daxilində təşkil olunan rəqəmli rabitə kanallarına qoşulma haqqı tutumdan asılı olmayaraq ƏDV daxil olmaqla 50,0 manat təsdiq edilsin.
Faks aparatından istifadəyə görə aylıq abunə haqqı tarifləri
İstehlakçı qrupu
Aylıq abunə haqqı
Şəbəkəyə qoşulan hər bir faks aparatından istifadə üzrə
0.50 manat
Mobil və sabit şəbəkə operatorlarının beynəlxalq telefon rabitəsi xidmətlərinin tarifləri
İstehlakçı qrupu
Tariflər
Mobil və sabit şəbəkə telefonlarından həyata keçirilən beynəlxalq telefon danışıqları üçün
32 qəpik/dəqiqə
İstinad: Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 8 nömrəli Qərarı, 2 dekabr 2013-cü il
Universal poçt xidmətləri üçün tariflər
Sıra
№-si
Poçt göndərişlərinin və xidmətlərinin növləri
Tariflər (manatla, ƏDV ilə)
Poçt kartları
1
Sadə poçt kartı
0,20
2
Sifarişli poçt kartı
0,50
Məktublar
1
Sadə məktub (çəki üzrə)
1.1
-20 qramadək
0,20
1.2
-20 qramdan 50 qramadək
0,30
1.3
-50 qramdan 100 qramadək
0,50
1.4
-100 qramdan 250 qramadək
0,80
1.5
-250 qramdan 500 qramadək
1,10
1.6
-500 qramdan 1000 qramadək
1,40
1.7
-1000 qramdan 2000 qramadək
1,80
2
Sifarişli məktub
2.1
-çəkiyə görə haqq sadə məktublarda olduğu kimi alınır
2.2
-hər bir məktubun sifarişli göndərilməsi
0,30
Banderollar
1
Sadə banderol (çəki üzrə)
1.1
-20 qramadək
0,20
1.2
-20 qramdan 50 qramadək
0,30
1.3
-50 qramdan 100 qramadək
0,50
1.4
-100 qramdan 250 qramadək
0,80
1.5
-250 qramdan 500 qramadək
1,10
1.6
-500 qramdan 1000 qramadək
1,40
1.7
-1000 qramdan 2000 qramadək
1,80
2
Sifarişli banderol
2.1
-çəkiyə görə haqq sadə banderollarda olduğu kimi alınır
2.2
-hər bir banderolun sifarişli göndərilməsi
0,30
Bağlamalar
1
Adi bağlama
1.1
-çəkidən asılı olmayaraq hər bir bağlama üçün
1,80
1.2
-hər tam və natamam 1 kq üçün yerüstü nəqliyyatla
0,40
1.3
-hər tam və natamam 1 kq üçün avia nəqliyyatla
0,60