Bu qaydaları pozanlar 400 AZN cərimələnəcək - VİDEO




Azərbaycanda uşaqlara enerji içkisi satmaq qadağan olunub. Bu tələb AQTA tərəfindən hazırlanan "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"nda öz əksini tapıb. Paytaxtdakı bəzi marketlər qərarın tətbiqinə başlayıb.



Qaynarinfo xəbər verir ki, məsələnin aktuallığını nəzərə alan ARB TV-nin "Günə doğru” verilişi maraqlı sujet hazırlayıb.

Osman İsmayılov – Supermarket nümayəndəsi: "Biz 18 yaşına qədər olan uşaq və yeniyetmələrə enerji içkiləri satmırıq. Kassada həmin uşaqdan yaşı soruşulur. Onsuz da xarici görünüşü bildirir. Əgər 18 yaşına çatmayıbsa enerji içkilərini alıb yerinə qoyuruq, kassaya vurmuruq”.

Şəhərin müxtəlif yerlərində kiçik bir müşahidə apardıq. Müşahidələrimiz onu göstərdi ki, əksər satış obyektləri bu qaydalara əməl etmir. Yaşından asılı olmayaraq, hər bir kəsə enerji içkilərinin satışı davam edir.

18 yaşı olmayan şəxsə enerji içkisi satan satıcı ilə söhbət:

Satıcı: "Mən hardan bilim onun 18 yaşı olmayıb?”

Müxbir: Sifətindən də bilinirdi ki, uşaqdır, bəs niyə satdınız?

Satıcı: "Bilmirəm. Qanunvericiliyi bilirik ki, 18 yaşından yuxarı şəxslərə satmaq olar. Mən bilməmişəm, təxmin etməmişəm ki, onun 18 yaşdan aşağı yaşı var”.

Eyyub Hüseynov – AİB sədri: "18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı davam edir. Bunun üçün satıcını cərimə gözləyir. Polis bu işə nəzarət edir. Və bütün hallarda elə iş aparmalıdırlar ki, uşaqlar bu içkilərdən uzaq olsunlar”.

Sakin: "Ziyanı ola bilər, xeyiri ola bilməz. Təbii içkilər hamısından yaxşıdır. Kənd yerlərində yaşayan insanlar uzun illər yaşayıblar, belə enerjili içkilərdən istifadə etməyiblər, amma fiziki cəhətdən də, əqli cəhətdən də hamıdan yüksək olublar”.

Təəssüf ki, illərdir enerji içkiləri ilə bağlı səslənən mənfi fikirlərə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta məktəbli uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır.

Mətanət Cəfərova – Həkim: "Energetik içkilərin tərkibində olan xüsusi maddələr var ki, onların miqdarından çox istifadəsi xüsusən uşaqlarda ani psixozlara, nevroloji pozuntulara, depsresiyalara, yeniyetmələrdə də eyni zamanda səbəb ola bilər”.

Ona görə də heç kəs 18 yaşı tamam olmayanlara enerji içkisi satmamalıdır. Əks halda qaydaları pozan şəxslər İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimə ediləcəklər.

Vüqar Səfərli – Hüquqşünas: "İnzibatı Xətalar Məcəlləsində müvafiq olaraq, inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu qaydaları pozan fiziki şəxslər 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər 100 manatdan 200 manata qədər hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər miqdarda cərimə oluna bilərlər”.

Əgər enerji içkisi kiminsə sağlamlığına ziyan vurarsa, onu istehsal edən, satan şəxslər barəsində cinayət işi də başlanıla bilər.



********************************************************************************

Hosting satışı ilə maraqlanırsınızsa, Hostimul.com-u ziyarət edin və təklifləri nəzərdən keçirin. Biznesinizi rəqəmsal dünyaya inteqrasiya etmək istəyirsinizsə, təklif olunan paketləri dəyərləndirə və ehtiyaclarınıza uyğun olan paketi seçə bilərsiniz. Hər-hansı bir sual yaranarsa, “live chat” vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Daha geniş məlumat almaq istəyirsinizsə daxil olun: https://hostimul.com/az/hosting-satisi/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu