Binaya istilik verilməsə də, pul yığılır - VİDEO




Sumqayıtda bir binanın sakinləri istilik sarıdan əziyyət çəkirlər. Ərazidə 2 qazanxananın olmasına baxmayaraq, yüksək mərtəbədə olan mənzillər qızdırılmır.

AFN.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, şəhərdə 17-ci mikrorayon, 22 saylı binanın sakinləri mənzillərdə istiliyin olmamasından şikayətlənirlər.

Bu binaya 13 ildir, istilik xətti çəkilsə də, mənzillərə verilən istilik onları qane etmir. Bəzi mənzillərdə isə heç istilik yoxdur.

Sakinlər bildirirlər ki, onlar üçün nəzərdə tutulan istilik normasında verilmir. Yalnız birinci mərtəbədə bir neçə mənzil normal qızdırılır.

Mövcud problemlə bağlı aidiyyətli qurumlara müraciət etsələr də, onlarla maraqlanan olmayıb. İstilik idarəsi isə hər ay onlardan pul tələb edir.

“160 manat borc yazıblar mənə. Amma özünüz də gördünüz ki, istilik deyən şey yoxdu evdə. Körpə balam da soyuqdan donur“, – deyə sakinlər bildiriblər.
Bina hazırda “Azəristiliktəchizat" ASC-nin "Sumqayıtistiliktəchizat" İdarəsinin balansındadır. Qazanxanada çəkiliş apardığımız zaman özünü ərazi üzrə qazanxananın rəisi kimi təqdim edən Cəmil Mehdiyev də buna mane olmağa çalışdı.

Qazanxana rəisi bizi inandırmağa çalışdı ki, binada istilik var. Onun sözlərinə görə, bəzi mənzillərə istiliyin çatmaması birinci mərtəbədə xətlərə kənar müdaxilələrin olmasındandır.

“Onlar düzgün qoşmayıblar daxili xətləri. Buna görə də birinci mərtəbədən sonra yuxarı mərtəbələrə istlik normal getməyə bilər. Amma mümkün deyil ki, hamısında olsun“, – deyə Cəmil Mehdiyev vurğulayıb.

Hər halda kənar müdaxilələr olsa belə buna görə məsuliyyəti də qurumun özü daşıyır.

Ümid edirik ki, "Sumqayıtistiliktəchizat” 50/45 saylı qazanxana problemi qış çıxmadan həll edəcək.



Ümid edirik ki, "Sumqayıtistiliktəchizat”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu