Nazir yeni məktəbli formalarının qiymətindən danışıb




"Tövsiyə edilir ki, məktəbli formalarının qiyməti yüksək olmasın. Bir sıra istehsalçılar buna riayət edir".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, istehsalçıların özü də qiymərlərin aşağı olmasında maraqlıdır: "Çünki qiymət münasib olarsa formalar da satılar. Məktəbli formalarının qiymətləri Təhsil Nazirliyi tərəfindən tənzimlənmir. Qanunvericiliyə əsasən məktəbli forması və yaxud məktəblilərlə bağlı hər hansı ləvazimatların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Onlar tələb-təklif əsasında təyin edilir. Bu barədə hər hansı bir rəqəmin səsləndirilməsi nazirliyin səlahiyyətləri xaricindədir. Qiymətlər keyfiyyət və formadan asılı olaraq dəyişir və bununla bağlı qərarı da istehsalçılar verir".

********************************************************************************

Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu