Bakıda kafedə araq içən kişi “ölüm ayağında”dır
Bakıda araq içən kişi zəhərlənib.
AFN.AZ xəbər verir ki, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi 31, BSU 1 saylı yataqxanada yaşayan 1980-ci il təvəllüdlü Şahmalı Anatoliyeviç Əzimov kafedə spirtli içki qəbul edib.
O, Xətai rayonunda yerləşən “Beer Point” kafesində 1 litr “Tradisii Belarusii” markalı araq içdikdən sonra zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Vəziyyəti son dərəcə ağırdır.
Faktla bağlı araşdırma aparılır.