ÜST təhlükəli virusla bağlı qərarını açıqladı
Ümumdünya Səhiyyə Təşkilatı Çində yayılan koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan etməyəcəyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın iclasından sonra bunu elan etmək üçün hələ tez olduğu bildirilib. ÜST-ün rəhbəri Tedros Adan Qebreyesusun sözlərinə görə, təşkilat Çində virusa yoluxanların və ölənlərin sayından xəbərdardır. Ancaq fövqəladə vəziyyət elan edilməsi hələ erkəndir. ÜST, həmçinin, Çinə səfərlərin məhdudiyyətləşdirilməsini də məsləhət görməyib.
“Bu gün fövqəladə vəziyyət elan etməməmyimiz ÜST-ün vəziyyətin ciddiliyini qəbul etməməsi anlamına da gəlmir”, - deyə Qebreyesus bildirib.
Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı artaraq 18 nəfər olub. Daha 644 nəfər isə virusa yoluxub.
********************************************************************************
Fiziki Server
29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/