Deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatdı
Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi yekunlaşıb.
Virtualaz.org xəbər verir ki, DSK-larda qeydə alınma bu gün 18:00-da başa çatıb.
17 yanvar - 8 fevral tarixlərində isə qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyası aparılacaq.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.