Bakıda ölümə səbəb olan içkini satan mağaza sahibi saxlanılıb
Bakıda zəhərlənərək ölən şəxsin spirtli içkini haradan aldığı məlum olub.
“Report”un xəbərinə görə, araşdırma zamanı dünyasını dəyişmiş Yusif Hüseynovun spirtli içkini 8-ci kilometr bazarında topdan satış mağazasından aldığı müəyyən edilib.
Daha sonra spirtli içkini satan mağazanın sahibi Səlim Seyidov saxlanılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Y.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb. Onun spirtli içkidən zəhərlənərək öldüyü məlum olub.