Bakıda yeni tramvay xətləri çəkilə bilər - Cavid Qurbanov
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.
“APA-Economics”in xəbərinə görə, Cavid Qurbanov bu gün YAP-da keçirilən mətbuat konfransında bildirib ki, Bakıda tramvay xətlərinin bərpa edilməsi bir qədər çətin məsələdir: “Vaxtında Bakıda tramvay xətlərini sökməklə şəhərə zərər vurublar. Onun yerinə yeni xətlər salmaq bir az çətindir. Lakin bu məsələ haqqında da düşünülür. Bakı şəhəri sıxdır. Tramvay xətləri ilə bağlı xarici şirkətlərə də müraciət etmişik, özümüz də biznes plan hazırlayırıq. Fikirləşirik ki, Biləcəridən Pirşağa tərəfə, həm də Əhmədli qəsəbəsi, Maştağa tərəfə xətlər çəkilə bilər”.