Bakıda tramvay xətti bu ərazilərdən keçəcək - XƏRİTƏ
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
AFN.az baku.ws-ə istinadən bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Planda qeyd olunur ki, Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır.
Bunun nəticəsi olaraq tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.
Məlumat üçün bildirək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi belə olacaq:
• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi;
• mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması;
• giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin
asanlaşdırılması;
• əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə
əlaqələndirilməsi;
• Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.
"Ağ şəhər" və "Port Baku" ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:
• "Ağ şəhər" bulvarı xəttinin yaradılması;
• Mərkəzi "Ağ şəhər" xəttinin salınması.
28 May dəhlizinin inkişafının davam etdirilməsi:
• Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında
birbaşa əlaqənin yaradılması;
• Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı;
• şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması;
• yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.
Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:
• dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.
Gələcək inkişaf - 2040-cı il
Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:
• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat
sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi;
• cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin
genişləndirilməsi.
Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi:
• relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması;
• Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu.
nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi;
• "Təmiz Şəhər" ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat
vasitəsilə əlaqələndirilməsi;
• "Ağ şəhər"in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha
da genişləndirilməsi;
• Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.
Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:
• Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi;
• Dərnəgül dəmir yolu magistralına qoşulma;
• dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması;
• şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).