Üç dövlət qəzetinin təşkilati forması dəyişdi - Prezident fərman imzaladı


Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirilib.



AFN.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.



Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Bakinski raboçi” qəzetinin redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.



Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan "Respublika” qəzeti"Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq” qəzetinin redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu