Türk standartları institutu “Azəriqaz"da xarici audit keçirəcək
“Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində aparılan genişmiqyaslı qazlaşma, mövcud qaz şəbəkəsinin əsaslı təmiri və yenidənqurulması işləri ilə yanaşı beynəlxalq idarəetmə sistemlərinin tətbiqinə də xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, Birlik ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi”, ISO 50001 “Enerji idarə edilməsi sistemi” və ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” standartları üzrə sertifikatlara layiq görülüb.
Cari ildə qeyd edilən standartların inkişaf etdirilməsi və istehsalat sahələri üzrə tətbiqinin yoxlanılması məqsədilə müvafiq əmrlə yaradılmış audit qrupu tərəfindən 23 sentyabr – 04 oktyabr 2019-cu il tarixlərində Birliyin İdarəetmə aparatı və aidiyyəti tabeli təşkilatları da daxil olmaqla 36 struktur bölmə üzrə Daxili Audit keçirilib və aşkar edilmiş uyğunsuzluqların əksəriyyəti aradan qaldırılıb.
Hal-hazırda “Azəriqaz” İB-də 2019-cu ilin oktyabr ayının 22-25-i tarixlərində Türk Standartları İnstitutunun mütəxəssisləri, Deniz Balcı, Kamil Aydın və İnstitutun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu, əməkdaşları Xatirə Salahova və Namiq Həsənovun iştirakı ilə ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və ISO 50001 “Enerji idarə edilməsi sistemi” standartları üzrə nəzarət, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” standartı üzrə isə yenidən sertifikatlaşdırma auditi keçirilməkdədir.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov PRESS RELİZ 22.10.2019 “Azəriqaz” İstehsalat Birliyi Y. Səfərov küç. 35 AZ 1025, Azərbaycan, Bakı Tel: (99412) 521 22 25 Faks: (99412) 521 22 69 Mob: (99450) 274 27 77 E-poçt: ceyhun.q.seferov@socar.az Veb səhifə: http://azeriqaz104.az/az Facebook: Azəriqaz İB İnstagram: @azerigas_ib YouTube kanal: Azerigas IB
“Azəriqaz” İstehsalat Birliyi Türk Standartları İnstitutu tərəfindən planlaşdırılmış auditin keçirilməsinə tam hazırdır və gələcəkdə bu işlərin davam etdirilməsi və davamlı inkişafın təmin edilməsi məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Türk Standartları İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu və İnstitutun mütəxəssisi Kamil Aydın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarına müsahibə də verib.
Ətraflı Birliyin youtube kanalında: