Rusiya amerikalı diplomatları həbs etdi
Rusiya ABŞ-ın 3 diplomatını həbs edib.
ABŞ-ın Moskvadakı səfirliyində çalışan 3 diplomat Severodvinsk bölgəsində icazəsiz əraziyə daxil olmaqda ittiham ediliblər.
Qeyd edək ki, Severodvinskdə daha əvvəl partlayış baş vermiş və nüvə sızıntısı meydana gəlmişdi. Ötən aylarda baş verən hadisə 5 nəfərin ölümü ilə nəticələnmişdi. (Qaynarinfo)