Avropa İttifaqı: Suriyadan yeni miqrant axını ola bilər




Avropa Komissiyası Avropaya miqrant axınını dayandırmaq yox, idarə olunmasını təkmilləşdirmək yolunu tapmaq niyyətindədir.



“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) miqrasiya, vətəndaşlıq, daxili işlər komissarı Dimitris Avramopulos Brüsseldə keçirdiyi brifinq zamanı bildirib.

“Gəlin dürüst olaq: miqrasiya olub və olacaq. Əsas olan onu dayandırmaq yox, onun idarəetməsini təkmilləşdirməyin yolunu tapmaqdır”, - deyən Aİ rəsmisi Suriyanın şimal-şərqində Türkiyə Ordusunun əməliyyatı nəticəsində bu sahədəki vəziyyətin yenidən kəskinləşə biləcəyini qeyd edib.

Avropa Komissiyasının miqrasiya məsələsinə dair fəaliyyətini qiymətləndirən komissar 2016-2019-cu illər ərzində İttifaq ölkələrində kvota əsasında 55 minədək miqrantı yerləşdirdiklərini, bunun “böyük nailiyyət” olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən Avropa İttifaqının xarici sərhədlərini keçən qanunsuz miqrantların sayı 2,5 milyondan artıqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu